Yaxşı yeyib-içmək istəyirsiniz?
Bu dadı, bu ləzzəti yalnız bizim restoranlarda dada bilərsiniz.
Salat və qəlyanaltılar
Göy-göyərti, salat, pendir, turşu, məzələr - bizim soyuq qəlyanaltı stoluna çatanı yoxdur
Əsl kabab bizdədir
Daşarası, tikə, lülə, basdırma, quş, balıq kabablarının sayı-hesabı yoxdur.
Meyvə və desert stolu
Narlı-armudlu meyvələrimizin, şirniyyatlarımızın, samovar çayımızın dadına baxın.
Üstünlüklərimiz
Bizi digər restoranlardan nə fərqləndirir?
  • Yüksək keyfiyyətli ərzaqlar
    Ətdən tutmuş çörəyə qədər hər şey təbii, orijinal, qatqısızdır. Əsasən kənd məhsulları istifadə edirik.
  • Dəqiqlik və operativlik
    Stol rezerv etmisinizsə, arxayın ola bilərsiniz. Biz dəqiqliyi xoşlayırıq.
  • Hər cür dəstək
    Nə sualınız olarsa, əməkdaşlarımız canla-başla sizə kömək etməyə hazırdır
  • Çatdırılma
    Daimi müştərilərimizin evinə çatdırma da edə bilirik.
  • Peşəkar personal
    Ofisiantlarımız, aşpazlarımız illərin sınağından çıxıb.
  • Əlavə xidmətlər
    Özəl yemək sifarişi - müştərilərin istəklərini qarşılamağa hazırıq.
Dadlı yeməklər bizim işimizdir
Ənənəvi üsullarla hazırlanan milli və Avropa yeməkləri
  • Kabablar
    Tikə, lülə, basdırma, döymə, külləmə, daşarası kabab növləri
  • Sac yeməkləri
    can əti, hinduşka, toyuq, dana, quzu ətini tərəvəzlərlə isti qaynar sacın üstündə yeməyin dadı tam başqadır.
  • Təndir
    Quzu qolu, hinduşka, qabırğa, dana belini təndirdə bişirib veririk
  • Tava yeməkləri
    Cız-bız, kefli quzu, dana soyutması və s.
  • Toyuq yeməkləri
    Kefli beçə, kənd çolpası, tabaka, təndirdə qoyuq və s.
  • Səhər yeməkləri
    Bal, süd, qaymaq, bəhməz, pomidor-yumurta, kükü, cürbəcür sıyıqlar.
  • Soyuq qəlyanaltılar
    şor, acıka, süzmə, pendir assorti, zeytunlar və s. sayı yoxdur.
  • İsti qəlyanaltılar
    qutablar, yarpaq xəngəl, düyü, yarpaq dolması, buğlama, hinduşka soğança, qızarmış kartof və s.
  • Suplar
    düşbərə, mərci, dovğa, tərəvəz və ət supları
Qonaqlarımız sadəcə yemir, onlar həm də vaxt keçirməkdən zövq alır.
Qonağımız olun
Yalnız dadlı-ləzzətli yeməklərlə sizi sevindirmirik. Qəbələ-Xanlar restoranında həm də bizim qonağımız olaraq rahat kotteclərdə gecələyə də bilərsiniz.
Bütün kotteclərimiz rahat çarpayılarla, sanitar qovşaqları və iqlim texnikası ilə təmin olunub.
1991-ci ildən kiçik bir kafedə işə başladıq. Sonralar neçə-neçə kafelər, restoranlar işlədib Qəbələnin dadlı-duzlu mətbəxini müştərilərimizə tanıtdıq. Turistlər də, ölkə sakinləri də bizim xidmət obyektlərini ləziz mətbəx məkanı kimi tanıdı.
Fəxrlə öz işimizə davam edirik.
Xanlar Kərimov, Qəbələ-Xanlar restoranının yaradıcısı
Filiallarımız
QƏBƏLƏ FİLİALI
Qəbələ şəh., İsmayıl bəy Qutqaşınlı
+994(50)5363634 (sifariş masa)
+994(50)9993634 (sifariş kottec)
ZABİTLƏR FİLİALI
Bakı şəh., Zabitlər Parkı
+994(50)3336166 (sifariş masa)
+994(50)3369736 (sifariş yemək)
MƏRDƏKAN FİLİALI
Bakı şəh., Buzovna-Mərdəkan şossesi
+994(50)4446166 (sifariş masa)
+994(50)4446167 (sifariş yemək)
VURĞUN FİLİALI
Bakı, Səməd Vurğun küç. 104
+994(50)8886166 (sifariş masa)
+994(50)8886167 (sifariş yemək)
Yeni filiallarımızı gözləyin!
Yeni filiallarımızı gözləyin!
Kottec bron etmək
Hər gün 09.00 - 24.00