Yaxşı yeyib-içmək istəyirsiniz?
Bu dadı, bu ləzzəti yalnız bizim restoranlarda dada bilərsiniz.
Salat və qəlyanaltılar
Göy-göyərti, salat, pendir, turşu, məzələr - bizim soyuq qəlyanaltı stoluna çatanı yoxdur
Əsl kabab bizdədir
Daşarası, tikə, lülə, basdırma, quş, balıq kabablarının sayı-hesabı yoxdur.
Meyvə və desert stolu
Narlı-armudlu meyvələrimizin, şirniyyatlarımızın, samovar çayımızın dadına baxın.
Üstünlüklərimiz
Bizi digər restoranlardan nə fərqləndirir?
Yüksək keyfiyyətli ərzaqlar
Ətdən tutmuş çörəyə qədər hər şey təbii, orijinal, qatqısızdır. Əsasən kənd məhsulları istifadə edirik.
Dəqiq və operativik
Stol rezerv etmisinizsə, arxayın ola bilərsiniz. Biz dəqiqliyi xoşlayırıq.
Hər cür dəstək
Nə sualınız olarsa, əməkdaşlarımız canla-başla sizə kömək etməyə hazırdır
Çatdırılma
Daimi müştərilərimizin evinə çatdırma da edə bilirik.
Peşəkar personal
Ofisiantlarımız, aşpazlarımız illərin sınağından çıxıb.
Əlavə xidmətlər
Wi-Fi, özəl yemək və musiqi sifarişi - müştərilərin istəklərini arşılamağa hazırıq.
Dadlı yeməklər bizim işimizdir
Ənənəvi üsullarla hazırlanan milli və Avropa yeməkləri
Kabablar
Tikə, lülə, basdırma, döymə, külləmə, daşarası kabab növləri
Sac yeməkləri
can əti, hinduşka, toyuq, dana, quzu ətini tərəvəzlərlə isti qaynar sacın üstündə yeməyin dadı tam başqadır.
Təndir
Quzu qolu, hinduşka, qabırğa, dana belini təndirdə bişirib veririk
Tava yeməkləri
Cız-bız, kefli quzu, dana soyutması və s.
Toyuq yeməkləri
Kefli beçə, kənd çolpası, tabaka, təndirdə qoyuq və s.
Səhər yeməkləri
Bal, süd, qaymaq, bəhməz, pomidor-yumurta, kükü, cürbəcür sıyıqlar.
Soyuq qəlyanaltılar
şor, acıka, süzmə, pendir assorti, zeytunlar və s. sayı yoxdur.
İsti qəlyanaltılar
qutablar, yarpaq xəngəl, düyü, yarpaq dolması, buğlama, hinduşka soğança, qızarmış kartof və s.
Suplar
düşbərə, mərci, dovğa, tərəvəz və ət supları
Qonaqlarımız sadəcə yemir, onlar həm də vaxt keçirməkdən zövq alır.
1991-ci ildən kiçik bir kafedə işə başladıq. Sonralar neçə-neçə kafelər, restoranlar işlədib Qəbələnin dadlı-duzlu mətbəxini müştərilərimizə tanıtdıq. Turistlər də, ölkə sakinləri də bizim xidmət obyektlərini ləziz mətbəx məkanı kimi tanıdı.
Fəxrlə öz işimizə davam edirik.
Xanlar Kərimov, Qəbələ-Xanlar restoranının yaradıcısı
Filiallarımız
Qəbələ Mərkəz

Qəbələ şəhəri, İsmayıl bəy Qutqaşınlı küçəsi, Şimal hissə
+994 50 536 36 34
Zabitlər bağı

Səməd Vurğun küçəsində məşhur Zabitlər bağı (парк Офицеров)
+994 50 333 61 66
Sirkin yanı

Bakı, Səməd Vurğun küçəsi 68
Köhnə Görüş kafesi
+994 50 888 61 66
Qusar

Shahdag resort yolunun üstündə
Chateau Qusar
+994 50 540 44 77
Stol sifariş et
+994 50 333 61 66
Samad Vurgun str., Gabala Xanlar restaurant
[email protected]
Hər gün 09.00 - 02.00